courses-image

İtaliyada Təhsil

İtaliyada Təhsil

İtaliyada təhsil – Avropada keyfiyyətli təhsilə doğru ilk addım

İtaliyada təhsil almaq Avropada beynəlxalq səviyyədə tanınan diplom əldə etmək, münasib təhsil haqları və geniş təqaüd imkanlarından yararlanmaq istəyən tələbələr üçün ideal seçimdir.

Roma, Milan, Bolonya, Padova, Piza, Florensiya, Siena və Turin kimi şəhərlər həm yüksək səviyyəli universitetləri, həm də zəngin tarixi və mədəni irsi ilə beynəlxalq tələbələrin ən çox üstünlük verdiyi təhsil mərkəzləri sırasındadır.

İtaliya hər il minlərlə xarici tələbəni qəbul edir. Bunun əsas səbəbləri:

·  Birbaşa tanınan və Avropa birliyi diplomları: İtaliya Boloniya prosesinin təsisçisidir. Buradakı dövlət universitetlərindən alacağınız Avropa Birliyi standartlarındakı diplomlar Azərbaycanda (TKTA tərəfindən) imtahansız, birbaşa tanınır və nostrifikasiya olunur.

·  İngilis dilində sərbəst proqram seçimi: İtalyan dili bilmək məcburi deyil. Universitetlərdə tibb, mühəndislik, memarlıq, biznes, İT və beynəlxalq münasibətlər sahələrində tamamilə ingiliscə tədris olunan 500-dən çox bakalavr və magistr proqramı mövcuddur.

·  Münasib təhsil haqları: Dövlət universitetlərində illik təhsil haqqı ortalama 500 Avro ilə 3,000 Avro arasında dəyişir (özəl universitetlərdə bu məbləğ 6,000 Avrodan başlayır). Bu ödənişlər bir çox Qərb ölkələrindən qat-qat münasibdir.

·  Dövlət və regional təqaüd imkanları: Ailə gəliri və sosial vəziyyətə əsaslanan DSU regional təqaüdləri sayəsində tələbələr illik təhsil haqqından tam azad olunur, pulsuz yataqxana, yemək kuponları və illik ortalama 6,500 – 7,000 Avro nəğd təqaüd qazanırlar.

·  Dünya reytinqli universitetlər: İtaliyanın Sapienza University of Rome, University of Bologna, Politecnico di Milano kimi köklü təhsil ocaqları qlobal QS reytinqində dünyanın ən yaxşı top universitetləri siyahısındadır.

·  Qanuni iş icazəsi və təhsil müddətində iş imkanı: Tələbə oturumu (Permesso di Soggiorno) olan hər bir əcnəbi tələbənin təhsil aldığı müddətdə həftədə 20 saat rəsmi olaraq part-time (yarımsaatlıq) işləmək və şəxsi xərclərini qarşılamaq hüququ var.

·  Məzun olduqdan sonra avropada karyera perspektivləri: İtaliya universitetlərini bitirən tələbələrə məzuniyyətdən sonra Avropada rəsmi iş axtarmaq və yaşamaq üçün qanuni icazə verilir ki, bu da qlobal şirkətlərdə karyera qurmaq üçün birbaşa imkan yaradır.

 

İtaliyada təhsil sistemi

İtaliyada təhsil sistemi Boloniya prosesinə uyğun qurulub və beynəlxalq səviyyədə tanınan ali təhsil modeli tətbiq olunur. Ali təhsil əsasən aşağıdakı pillələrdən ibarətdir:

  • Bakalavr – 3 il davam edir və ingilis və ya italyan dilində tədris olunur.
  • Magistr – 2 il davam edir və müxtəlif ixtisaslar üzrə geniş proqram seçimi təqdim edir.
  • Doktorantura – 3–4 il davam edir və elmi-tədqiqat və akademik fəaliyyətə yönəlib.

Bu struktur tələbələrə Avropa standartlarına uyğun keyfiyyətli təhsil almaq və beynəlxalq karyera imkanlarından yararlanmaq imkanı yaradır.

 

İtaliyanın Ən Yaxşı Universitetləri

İtaliyada təhsil almaq istəyən tələbələr üçün seçim edilə biləcək dünyanın nüfuzlu universitetləri mövcuddur.

Sapienza University of Rome

İtaliyanın ən böyük və ən nüfuzlu universitetlərindən biridir. Tibb, mühəndislik, biznes, hüquq, sosial elmlər və humanitar ixtisaslar üzrə beynəlxalq səviyyədə tanınan proqramlar təklif edir.

University of Bologna

1088-ci ildə yaradılan və dünyanın ən qədim fəaliyyət göstərən universiteti hesab olunan University of Bologna keyfiyyətli təhsil sistemi və güclü akademik nüfuzu ilə seçilir.

Politecnico di Milano

Mühəndislik, memarlıq, dizayn və informasiya texnologiyaları sahəsində Avropanın ən yaxşı texniki universitetlərindən biridir.

University of Padua

800 ildən artıq tarixə malik olan bu universitet tibb, biologiya, mühəndislik, psixologiya və iqtisadiyyat sahələrində yüksək reytinqə malikdir.

University of Pisa

Riyaziyyat, fizika, kompüter elmləri, mühəndislik və tibb sahələrində güclü təhsil proqramları ilə seçilir.

University of Turin

Biznes, iqtisadiyyat, hüquq, tibb və humanitar elmlər üzrə keyfiyyətli təhsil təqdim edən aparıcı dövlət universitetlərindən biridir.

University of Milan

Tibb, biologiya, hüquq, iqtisadiyyat və sosial elmlər üzrə İtaliyanın aparıcı dövlət universitetlərindən biridir.

 

İtaliyada yaşayış xərcləri

İtaliyada təhsil almağı planlaşdıran tələbələr üçün yaşayış xərcləri seçilən şəhərdən və həyat tərzindən asılı olaraq dəyişir. Orta hesabla tələbələrin aylıq yaşayış xərcləri 700–1.200 avro arasında olur. Bu məbləğə kirayə və ya yataqxana, qidalanma, nəqliyyat, internet və gündəlik şəxsi xərclər daxildir.

Roma, Milan və Florensiya kimi böyük şəhərlərdə yaşayış xərcləri daha yüksək olduğu halda, Padova, Piza, Turin və Siena kimi şəhərlərdə daha münasib büdcə ilə yaşamaq mümkündür. Bundan əlavə, İtaliyada təhsil alan tələbələr universitet yataqxanalarından, tələbə endirimlərindən və regional təqaüd proqramlarından yararlanaraq yaşayış xərclərini əhəmiyyətli dərəcədə azalda bilərlər.

 

 

İtaliyada təqaüd imkanları nələrdir və hansı xərcləri qarşılayır?

İtaliyada təhsil almaq istəyən tələbələr, Avropanın ən köklü universitetlərində oxumaqla yanaşı, ölkənin təqdim etdiyi geniş və çoxşaxəli maliyyə dəstəyi proqramlarından da yararlana bilərlər.

İtaliyada beynəlxalq tələbələr üçün müxtəlif dövlət, regional və universitet daxili təqaüd proqramları mövcuddur. Bu təqaüdlər təhsil haqqı, yaşayış, yataqxana və digər xərclərin bir hissəsini və ya tamını qarşılaya bilər.

Rəsmi olaraq qazanılan təqaüdlər aşağıdakı xərcləri qarşılamaq üçün nəzərdə tutulub:

·       Təhsil haqqı: İtaliya dövlət universitetlərinin illik ödənişlərindən (500 – 3,000 Avro) tam azad olma.

·       Yaşayış xərcləri: Tələbənin İtaliyadakı aylıq və gündəlik şəxsi ehtiyaclarını təmin edən büdcə.

·       Yataqxana: Universitet kampuslarındakı və ya dövlət tələbə evlərindəki otaqlarda ödənişsiz yerləşmə imkanı.

·       Yemək kartı: Universitet menzalarında (tələbə yeməkxanalarında) gün ərzində pulsuz və ya yüksək güzəştli qidalanma üçün verilən xüsusi kart.

·       Əlavə aylıq maliyyə dəstəyi: İllik ortalama 6,500 Avro ilə 7,000 Avro arasında dəyişən və tələbənin şəxsi hesabına hissə-hissə köçürülən nəğd stipendiya.

Təqaüd proqramlarına müraciət zamanı sənədlərin düzgün hazırlanması və tələblərə uyğun təqdim edilməsi mühüm rol oynayır.

Ən məşhur təqaüd proqramları

1. DSU və Regional Təqaüdlər (Maddi Vəziyyətə Əsaslanan)

Bu təqaüd növü İtaliyanın regionlarına (məsələn, Toskana üçün DSU, Lombardiya üçün DSu, Latsio üçün DiSCo) görə adlandırılır. Ən böyük üstünlüyü ondan ibarətdir ki, təqaüd tələbənin akademik qiymətlərinə (GPA) görə deyil, ailəsinin illik gəlir səviyyəsinə (ISEE sənədinə) əsasən verilir. Azərbaycan iqtisadiyyatının göstəriciləri İtaliya standartlarına görə aşağı gəlirli qrupa daxil olduğu üçün tələbələrimizin bu təqaüdü qazanma ehtimalı demək olar ki, maksimumdur.

2. Universitetlərin Daxili Merit (Uğur) Təqaüdləri

Bologna, Politecnico di Milano və ya Sapienza kimi universitetlər fərdi olaraq ən yüksək akademik göstəricilərə malik beynəlxalq tələbələrə "Merit-Based" (Uğur əsaslı) təqaüdlər təklif edir. Bu proqramlarda tələbənin IELTS balı, bakalavr qiymətləri və portfolioları əsas götürülür.

3. MAECI (İtaliya Xarici İşlər Nazirliyi Təqaüdü)

İtaliya dövləti tərəfindən hər il xarici ölkələrin vətəndaşlarına məhdud sayda təqdim olunan rəsmi nazirlik təqaüdüdür. Magistr və doktorantura tələbələri üçün nəzərdə tutulur və birbaşa təhsil haqqı güzəşti ilə aylıq nəğd ödənişi əhatə edir.

 

İtaliyada təhsil almaq üçün tələb olunan sənədlər seçdiyiniz universitetə, təhsil pilləsinə (bakalavr və ya magistr) və müraciət etdiyiniz proqrama görə dəyişə bilər. Lakin əksər universitetlər aşağıdakı sənədləri tələb edir:

  • Xarici pasport
  • Attestat (bakalavr üçün) və ya bakalavr diplomu (magistr üçün)
  • Akademik transkript (qiymət cədvəli)
  • Dil biliyini təsdiq edən sertifikat (IELTS, TOEFL və ya universitetin qəbul etdiyi alternativ sertifikat)
  • Motivasiya məktubu (Statement of Purpose)
  • CV
  • Tövsiyə məktubu (tələb olunduğu hallarda)
  • Portfolio (memarlıq, dizayn və incəsənət ixtisasları üçün)

Bəzi bakalavr proqramlarında əlavə qəbul imtahanı da tələb oluna bilər. Məsələn:

  • TOLC – mühəndislik, iqtisadiyyat və bəzi humanitar ixtisaslar üzrə qəbul imtahanı.
  • IMAT – ingilis dilində tibb proqramlarına qəbul üçün beynəlxalq imtahan.
  • SAT – bəzi universitetlər tərəfindən alternativ qəbul imtahanı kimi qəbul edilir.

Qəbuldan Sonra Tələb Olunan Sənədlər

Universitetdən qəbul aldıqdan sonra tələbə vizası və təqaüd müraciəti üçün aşağıdakı sənədlər də tələb oluna bilər:

  • Universitaly platformasında qeydiyyat
  • CIMEA və ya Declaration of Value (DoV) sənədi (universitetin tələbindən asılı olaraq)
  • Maliyyə təminatını təsdiq edən sənədlər
  • Yaşayış yerini təsdiq edən sənəd
  • Regional təqaüdlərə (DSU) müraciət üçün gəlir və maliyyə vəziyyətini təsdiq edən sənədlər

Sənədlərin siyahısı universitet və proqramdan asılı olaraq fərqlənə bilər. Buna görə də müraciət etməzdən əvvəl seçdiyiniz universitetin qəbul şərtlərini yoxlamaq tövsiyə olunur.

 

Skostudent sizin üçün nə edir?

İtaliyada təhsil üçün müraciət prosesi universitet seçimi, sənədlərin hazırlanması, təqaüd proqramları və tələbə vizası kimi bir neçə mühüm mərhələdən ibarətdir. Hər universitetin və təqaüd proqramının öz tələbləri olduğu üçün sənədlərin düzgün hazırlanması və müraciət prosesinin peşəkar şəkildə idarə olunması uğurlu nəticə əldə etmək baxımından böyük əhəmiyyət daşıyır. Sənədlərdə edilən kiçik bir səhv həm universitet qəbulunun, həm də 7,000 Avroluq təqaüdün itirilməsinə səbəb olur.

SKO Student olaraq müraciət prosesinin bütün mərhələlərində sizə dəstək göstəririk:

·  Profilinizə və hədəflərinizə uyğun universitet və ixtisas seçimi

·  Universitetlərə müraciət və sənədlərin hazırlanması

·  Universitaly platformasında qeydiyyat

·  CIMEA və ya Declaration of Value (DoV) sənədləri üzrə dəstək

·  DSU və digər təqaüd proqramlarına müraciət üzrə konsultasiya

·  Tələbə vizası üçün sənədlərin hazırlanması və viza prosesi üzrə dəstək

·  Yaşayış yeri və tələbələrin qarşılanmasının təşkili

·  Azərbaycan və İtaliyada tələb olunan rəsmi sənədləşmə işlərində məsləhət xidməti

·  Təhsil müddətində və İtaliyaya getdikdən sonra operativ dəstək

 

Məqsədimiz İtaliyada təhsil almaq istəyən tələbələrin müraciət prosesini daha rahat, düzgün və şəffaf şəkildə idarə etmələrinə kömək etməkdir. Hər bir tələbənin profili ayrıca qiymətləndirilir və onun akademik göstəricilərinə, büdcəsinə və hədəflərinə uyğun fərdi yol xəritəsi hazırlanır.

İtaliyada təhsil və təqaüd imkanları haqqında ətraflı məlumat almaq istəyirsinizsə, bizimlə əlaqə saxlayaraq ödənişsiz ilkin konsultasiyadan yararlana bilərsiniz.

Ən Çox Verilən suallar shape

Bəli, tamamilə mümkündür. İtaliya universitetləri beynəlxalq tələbələr üçün memarlıq, mühəndislik, biznes, İT, beynəlxalq münasibətlər və tibb sahələrində tamamilə ingilis dilində tədris olunan yüzlərlə bakalavr və magistr proqramı təklif edir. İtalyan dili bilmək məcburi deyil, lakin gündəlik həyat üçün fundamental səviyyədə öyrənilməsi tövsiyə olunur.

Bəli, bəzi universitetlər IELTS əvəzinə alternativ dil sübutlarını və ya daxili qiymətləndirməni qəbul edə bilər. Bu, universitet və proqramdan asılıdır.

Universitetdən və proqramdan asılı olaraq adətən IELTS, TOEFL, SAT (bəzi bakalavr proqramları), GRE/GMAT (bəzi magistr proqramları) və tibb ixtisası üçün IMAT imtahanı tələb oluna bilər. Bəzi universitetlər isə alternativ dil sertifikatlarını da qəbul edir.

İtaliyada təhsil qiymətləri universitetin növünə, ixtisasa və tələbənin maliyyə vəziyyətinə görə dəyişir. • Dövlət universitetləri: illik 500 – 4.000 avro • Özəl universitetlər: illik 6.000 – 25.000 avro • Tibb və MBA kimi bəzi proqramlar: illik 10.000 – 30.000+ avro ola bilər. Bundan əlavə, tələbələrin aylıq yaşayış xərcləri şəhərdən asılı olaraq orta hesabla 700 – 1.200 avro təşkil edir.

Bəli, İtaliya Avropa Ali Təhsil Məkanının (Boloniya prosesinin) bir parçası olduğu üçün buradakı dövlət universitetlərinin diplomları Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tamamilə tanınır və rahatlıqla nostrifikasiya olunur.

Bəli. Beynəlxalq tələbələr tələbə vizası ilə təhsil aldıqları müddətdə qanunvericiliyə uyğun olaraq yarımştat işləyə bilərlər.

Bəli. İtaliya universitetlərinin məzunları İtaliyada və digər Avropa ölkələrində iş imkanlarından yararlana və müəyyən şərtlərlə iş icazəsi üçün müraciət edə bilərlər.

Lazımi sənədlər tam hazırlandıqda tələbə vizası almaq prosesi adətən problemsiz keçir. Əsas şərtlər universitet qəbul məktubu, maliyyə təminatı və digər tələb olunan sənədlərin düzgün təqdim edilməsidir.